Xətai rayonunda sahibsiz itlər sakinlərə TƏHLÜKƏ YARADIR
Far.Az xəbər saytı

Xətai rayonunda sahibsiz itlər sakinlərə TƏHLÜKƏ YARADIR


Bakının Xətai rayonu, "Sevgi Parkı" deyilən ərazisində sahibsiz itlərin yaratdığı təhlükə yerli sakinlərin ciddi narahatlığına səbəb olub.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, park və ətraf ərazilərdə 7-8 başdan ibarət it sürüsü mütəmadi olaraq dolaşır və bir neçə dəfə uşaqlara və böyüklərə hücum edib.

Sakinlər bildirir ki, dəfələrlə şikayət etsələr də, məsələyə heç bir qurum tərəfindən ciddi reaksiya verilməyib. Nəticədə park və ətrafında yaşayan insanlar əraziyə yaxınlaşmaqda çəkinirlər.

Şikayətçilərin sözlərinə görə, sahibsiz itlər əsasən "Sevgi Parkı"nın içində, Bakı Əyləncə Mərkəzinin yaxınlığında yerləşən, sökülən Eliza Plazanın həyətində və ətrafında görünür. Həmçinin sökülən köhnə gecəqonduların yerində salınacaq park ərazisində də bu heyvanlara rast gəlinir.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan təhlükənin aradan qaldırılması istəyirlər. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sahibsiz itlər və qısırlaşdırma: Dünya təcrübəsi nə deyir?
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər