Bakıda avtobus dayanacağında qadını maşın vurub ÖLDÜRDÜ
Far.Az xəbər saytı

Bakıda avtobus dayanacağında qadını maşın vurub ÖLDÜRDÜ


Bakıda avtobus gözləyən qadını maşın vurub.

Far.Az "lent.az"a istinadən xəbər verir ki, 20.02.2025-ci il tarixdə Ağayev Kamran Nurəli oğlu idarə etdiyi "Mitsubishi Pajero" markalı 77-CM-706 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən ünvanında hərəkətdə olan zaman yolun kənarında yerləşən avtobus dayanacağında dayanmış Səlimova Saray Ağakişi qızını vurub.

Aldığı xəsarətlərdən müalicə alan qadın Kliniki Tibbi Mərkəzdə 13.04.2025-ci il tarixində dünyasını dəyişib.

Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Kliniki Tibbi Mərkəzin 110 illiyi qeyd olunub
İki ay öncə avtomobil vuran qadın xəstəxanada öldü
Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər