Ulağa işgəncə verən şəxsə YUMRUQ ATDI
Misirdə məşhur turistik bölgədə hollandiyalı turist Cok Vanderbostun uzunqulağa qarşı zorakılıq edən şəxsə qarşı sərt müdaxiləsi sosial şəbəkələrdə geniş rezonans doğurub.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, hadisə Qahirə yaxınlığında qeydə alınıb. Görüntülərdə divara bağlanmış bir uzunqulağın dəfələrlə döyüldüyü, hadisəyə şahid olan 47 yaşlı Vanderbostun isə qəzəblə müdaxilə etdiyi əks olunub. Turist əvvəlcə zorakılıq edən şəxsi yumruqlayıb, daha sonra onu qamçı ilə təqib edərək hadisə yerindən uzaqlaşdırıb.
Görüntülərin yayılması Misirin turistik bölgələrində işçi heyvanlara qarşı pis rəftar hallarını bir daha gündəmə gətirib. Qahirədə baytarlıq klinikası idarə edən Vanderbost bildirib ki, bölgədə heyvanlara qarşı zorakılıq tez-tez rast gəlinən problemdir.
Hadisədən sonra eşşəyə işgəncə verən şəxs Vanderbostu polisə şikayət edərək, görüntülərin yayılmasının ona psixoloji zərər verdiyini iddia edib. Lakin qısamüddətli saxlanmadan sonra Vanderbost sərbəst buraxılıb. Misir Daxili İşlər Nazirliyi zorakılıq törədən şəxsin də saxlanıldığını açıqlayıb.
Vanderbost açıqlamasında, "Həbs olunmaq və ya deportasiya edilmək riskini bilirdim. Amma bu hadisə sayəsində nələrsə dəyişəcəksə, buna dəyər," – deyə qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib













