Mayda NATO XİN başçılarının Türkiyədə qeyri-rəsmi görüşü keçiriləcək
Far.Az xəbər saytı

Mayda NATO XİN başçılarının Türkiyədə qeyri-rəsmi görüşü keçiriləcək


NATO ölkələrinin xarici işlər nazirləri mayın 14-15-də Antalyada qeyri-rəsmi görüş keçirəcəklər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"14-15 may tarixlərində Antalyada NATO-nun baş katibi Mark Rüttenin sədrliyi ilə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək", - məlumatda bildirilib.

Alyans hələlik görüşün gündəliyinin təfərrüatlarını açıqlamır. Lakin aprelin 3-4-də NATO nazirlərinin Brüssel görüşünün nəticələrinə əsasən, bir sıra mənbələr bildirib ki, alyansın iyulda Niderlandda keçiriləcək sammitinə qədər XİN başçılarının əlavə qeyri-rəsmi görüşü çağırıla bilər. Bu görüş hərbi xərclərin artırılaraq ÜDM-in 2 %-dən 5 %-nə çatdırılması planları üzrə kompromis axtarışlarına həsr olunacaq. Həmçinin Ukraynaya yeni silah tədarükü məsələsi də müzakirə ediləcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər