Tramp administrasiyası Harvarddan xarici maliyyələşdirmə ilə bağlı məlumatlar tələb edib
Far.Az xəbər saytı

Tramp administrasiyası Harvarddan xarici maliyyələşdirmə ilə bağlı məlumatlar tələb edib


ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetindən son onillikdə xaricdən maliyyələşməsi, eləcə də məktəbin bəzi beynəlxalq əlaqələri haqqında məlumat verməsini istədiyini açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu tələb hökumətin ABŞ-nin aparıcı universitetlərindən birinə qarşı son təzyiq dalğasının tərkib hissəsi olub.

Məlumata görə, Tramp administrasiyası universitet şəhərciyində fələstinyönümlü etirazlara cavab olaraq və belə desək, "mədəniyyət müharibəsi" kontekstində bir sıra nüfuzlu təhsil müəssisələrinə, o cümlədən də Harvard Universitetinə qarşı geniş şəkildə tənqid kampaniyasına başlayıb.

ABŞ qanunlarına görə, ali təhsil müəssisələri ildə 250 min dolları keçən xarici mənbələrdən gələn ianələr barədə hesabat verməlidirlər.

ABŞ Təhsil Nazirliyi Harvardın prezidenti vəzifəsini icra edən Alan Qarberə göndərdiyi məktubda universitetin 2014-2019-cu illər arasında bu cür ianələrlə bağlı natamam və qeyri-dəqiq məlumat verdiyini bildirib.

"Sənədlərin təqdim olunması tələbi Tramp administrasiyasının Harvardın xarici strukturların təsir obyekti olmamasına və onların dediklərini etməməsinə yönəlmiş ilk addımıdır", - təhsil naziri Linda Makmahon söyləyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər