Mirzoyanla Bayramovun diplomatiya dueli: Nəticə nə oldu?
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin IV Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşündən bəhs olunub.
Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyanın masaya oturmasında məqsəd konkret müzakirələrin edilməsi idi:
"Sülh sazişi, dövlətlərarası münasibətlərin qurulması və danışıqların davamına hazırlıq. Burada rəsmi Bakı növbəti dəfə mesajını aydın verdi. Biz dialoqa açığıq, amma açıq qapıdan keçmək üçün qarşı tərəf səmimi olmalıdır. Qısası, sülh istəyiriksə, bu, sadəcə protokol yox, real siyasi iradə tələb edir".
Qeyd edilib ki, nazirlər eyni zamanda Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birlikdə Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar panelində iştirak ediblər:
"Panel təkcə siyasi analizlər yox, həm də incə diplomatik söz oyunu ilə yadda qaldı. Ceyhun Bayramov bildirib ki, əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina edərsə, sülh müqaviləsinə heç bir maneə qalmaz. Ararat Mirzoyan isə cavabında dedi ki, sülh sazişi ilə ATƏT-in Minsk qrupunun ləğvi haqqında sənəd eyni gündə 10 dəqiqə fərqlə imzalana bilər. Üslub diplomatik, amma mesaj aydın idi. İndi məsələ imzada yox, iradədədir. Ceyhun Bayramov açıq şəkildə dedi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var və bu dəyişmədikcə sülh sazişinin hüquqi qüvvəsi də sual altında qalacaq".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İlham Əliyevin iştirakı ilə Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilib
Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













