Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyyənləşib
Far.Az xəbər saytı

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyyənləşib


Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyyənləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk olaraq aprelin 20-də Gəncə İdman Sarayında "Gəncə" və "Şəki" kollektivləri üz-üzə gələcəklər.

Qarşılaşma saat 14:00-da başlayacaq.

Növbəti gün iki görüş keçiriləcək. Sərhədçi İdman Mərkəzində "Sərhədçi" "Sabah"la, "Ordu" isə "Neftçi" ilə qarşılaşacaq.

Aprelin 22-də "Abşeron" "Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək. Son iki matç Bakı İdman Sarayında gerçəkləşəcək.

Oyunların start fiti saat 19:00-da səslənəcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər