Füzulidə evlərə qənim kəsilən oğru ələ keçdi - Hökm oxundu
Füzuli rayonunun Kərimbəyli kəndində evlərə qənim kəsilmiş oğru həbs edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Arif Qulamov (şərti ad) Kərimbəyli kəndində 5 evdən oğurluq edib. O, girdiyi evlərdən əsasən qızıl-zinət əşyaları oğurlayıb.
İş materiallarından məlum olur ki, Arif Qulamov əvvəlcə oğurluq üçün girəcəyi evləri müşahidə altında saxlayıb. Evdə heç kimin olmadığına əmin olduqdan sonra niyyətini həyata keçirib.
Lakin onun "fəaliyyəti" uzun çəkməyib. Sonuncu "işindən" sonra hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq - təkrar törədildikdə), 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq - külli miqdarda oğurluq) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Füzuli Rayon Məhkəməsində aparılıb. Məhkəmədə Arif Qulamov verilmiş ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib. Həmçinin əlavə edib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib və onlarla barışıq əldə edilib.
Məhkəmə bütün bunları nəzərə alaraq ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Arif Qulamovun 6 ay həbsdə saxlanıldığı müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla ona verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













