Quruması üçün sərilən xalçanı oğurlayıb "bit bazarı"nda satdı
Bakıda yaşadığı binanın qarşısında quruması üçün asılmış xalçanı oğurlayaraq "bit bazarı"nda satan şəxs həbs olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü K.R. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilərək iş məhkəməyə göndərilib.
Məhkəmədə müəyyən olunub ki, zərərçəkmiş V.X. saat 15 radələrində dörd kvadratmetr ölçüsündə olan xalçanı quruması üçün yaşadığı binanın qarşısındakı dəmir dirəyə asıb. Axşam saat 22 radələrində xalçanı götürmək istədikdə, onun oğurlandığını aşkarlayıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğurluq hadisəsi V.X.-nın qonşusu K.R. tərəfindən törədilib. K.R. xalçanı "bit bazarı"nda fəaliyyət göstərən satıcılardan birinə 60 manata satıb. Zərərçəkmiş isə dəyəri 400 manatdan artıq olan xalçanı həmin bazarda görərək geri alıb.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bağanıs Ayrımda ermənilərin öldürdükləri körpə ilə bağlı materiallar məhkəmədə nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













