Putin və Zelenskiyə Roma Papasının vəfatı münasibətilə yeni atəşkəs təklifi edildi
Far.Az xəbər saytı

Putin və Zelenskiyə Roma Papasının vəfatı münasibətilə yeni atəşkəs təklifi edildi


Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov Roma Papası Fransiskin vəfatı münasibətilə Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskiyə müraciət edib.

BAKU.WS xəbər verir ki, o, Pasxa atəşkəsinin ən azı Papa Fransiskin dəfn mərasiminə qədər uzadılmasını istəyib.

"Tanrı elə etdi ki, Papa məhz o atəşkəs zamanı vəfat etdi – özü bu atəşkəs üçün çox çalışmışdı, çox istəmişdi, onu təşviq etmişdi. Bu, onun fəaliyyətinin bəhrələrini gördüyü bir an idi. Xəstəxanada olarkən mən ona demişdim ki, sağalmalı və əməyinin bəhrələrini görməlidir. Əslində, o bunu gördü," – deyə Sevastyanov bildirib.

O, Papa Fransiskin humanitar fəaliyyətini və insanlıq üçün etdiyi töhfələri qeyd edərək, onun şərəfinə atəşkəsin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Sevastyanov həmçinin bildirib ki, yeni Papa üçün Fransiskə bənzəmək çox çətin olacaq, çünki Fransisk həm teoloji, həm siyasi, həm də adi insani məsələlərlə yüksək səviyyədə məşğul ola bilən bir şəxsiyyət idi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib
Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Roma Papası Azərbaycana və ​​Ermənistana müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər