İran limanları neft və konteyner yük aşırmalarının həcmini artırır
Keçən İran ilində (20 mart 2024-cü il - 20 mart 2025-ci il) İran limanlarında 235 milyon ton yük aşırılıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin yollar və şəhərsalma nazirinin müavini və Limanlar Təşkilatının rəhbəri Səid Rəsuli bildirib. İrana məxsus limanlarda vurulmuş yüklərin həcmi təqribən 153 milyon ton, boşaldılmış yüklərin həcmi isə 82,3 milyon tona yaxın olub.
Bundan əvvəlki İran ili ərzində (21 mart 2023-cü il - 19 mart 2024-cü il) İrana məxsus limanlarda təqribən 237 milyon ton yük işlənib.
S.Rəsuli qeyd edib ki, ötən il İran limanlarında 103 milyon ton neft və neft məhsulları aşırılıb. Qalan yüklər təxminən 132 milyon ton təşkil edib.
Göstərilən dövr ərzində limanlarda 3,08 milyon TEU işlənib ki, bu da inişillə müqayisədə (21 mart 2023-cü il tarixindən 20 mart 2024-cü il tarixinədək) 13 % artım deməkdir.
Hazırda İran limanlarının ümumi yük ötürmə gücü 285 milyon tondan çoxdur. Limanların yükaşırma imkanlarını 500 milyon tona çatdırmaq üçün addımlar atılır.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













