Hindistanda ABŞ vitse-prezidentinin səfəri zamanı terror aktı: 26 ölü
Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən məşhur Pahalqam kurortu yaxınlığında silahlı hücum baş verib. "Mini İsveçrə" kimi tanınan ərazidə baş verən hadisə zamanı ən azı 26 turist həlak olub, onlarla insan isə yaralanıb.
Far.Az sondakika-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə hücum edən şəxslər meşədən çıxaraq ərazidəki insanlara atəş açıblar. Onların qadınları hədəf almadığı, əsasən kişilərə atəş açdığı bildirilir. Hadisə şahidlərindən biri "silah səsləri fırtına kimi idi" deyə qorxunc anları təsvir edib.
Polisin ilkin versiyasına görə, hücum Hindistan hakimiyyətinə qarşı vuruşan silahlılar tərəfindən həyata keçirilib. Ən azı dörd nəfərdən ibarət bir qrupun iştirak etdiyi hücumdan sonra bölgədə geniş axtarış əməliyyatına başlanılıb.
Hindistanın Baş naziri Narendra Modi hadisədən sonra Səudiyyə Ərəbistanına olan səfərini yarımçıq saxlayaraq ölkəsinə qayıdıb. O, terrorçuların ən ağır şəkildə cəzalandırılacağını bəyan edib.
Hadisə ABŞ vitse-prezidenti JD Vonsın Hindistana səfəri zamanı baş verib. ABŞ Prezidenti Donald Trump da terror aktını pisləyərək "Amerika Birləşmiş Ştatları terrora qarşı Hindistanın yanındadır" deyə açıqlama verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Nyu-Yorkda Azərbaycanın Kəşmir probleminin həllinə dair beynəlxalq normalara əsaslanan mövqeyi bir daha vurğulanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













