Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində ölkənin birinci bankı Kapital Bank, "Uzum" ekosisteminə daxil olan "MAKESENSE" şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırıb.
Bu vəsait ekosistemin taksitlə ödəniş xidmətinin və digər fintex həllərinin inkişafına yönəldiləcək. Qeyd edək ki, sözügedən sindikativ kredit Özbəkistanın ən böyük özəl maliyyə qurumlarından biri olan Kapital Bank ilə tərəfdaşlıq çərçivəsində birgə maliyyələşdirilib.
Sindikat kreditləşməsi bir neçə maliyyə institutu tərəfindən bir borcalana təklif olunan beynəlxalq maliyyələşdirmə alətidir. Qlobal tərəfdaşlığın genişləndirilməsi məqsədi daşıyan bu əməkdaşlıqla, Kapital Bank tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat kreditinin verilməsini həyata keçirir.
Qeyd edək ki, "Uzum Holding" Özbəkistanda rəqəmsal maliyyə xidmətləri, e-ticarət və bankçılıq həllərini bir araya gətirən böyük İT ekosistemidir. Ekosistemə onlayn ticarət platforması, ekspress çatdırılma xidməti, klassik və rəqəmsal bankçılıq, "BNPL" (İndi al, sonra ödə) modeli, avtomobil satışı platforması və sahibkarlar üçün mobil tətbiq daxildir.
Təkcə ötən il ərzində Kapital Bank dünyanın aparıcı maliyyə institutlarının təşkil etdiyi bir sıra sindikat kredit layihələrində də aktiv iştirak edib. Xüsusilə qonşu ölkələr Türkiyə və Özbəkistanda olan, "Türkiye İş Bankası","VakıfBankası","Ziraat Bankası" və "Agrobank Uzbekistan" kimi nüfuzlu maliyyə qurumlarına qısa və orta müddətə kreditlər verilib. Beynəlxalq bazarda yeni imkanlar açan bu əməkdaşlıqlar Kapital Bank üçün banklararası müxbir əlaqələrin gücləndirilməsi, yeni təcrübələrin öyrənilməsi, eləcə də daha müştəriyönümlü xidmətin təşkili üçün böyük əhəmiyyət kəsb edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək













