Lavrov və Rubio ikitərəfli münasibətləri və beynəlxalq gündəliyi müzakirə ediblər
Far.Az xəbər saytı

Lavrov və Rubio ikitərəfli münasibətləri və beynəlxalq gündəliyi müzakirə ediblər


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda keçirilən görüş zamanı ikitərəfli və beynəlxalq gündəliyin geniş spektrli məsələlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytındakı məlumatda bildirilib.

Ukrayna ətrafındakı vəziyyətin müzakirəsi zamanı Lavrov münaqişənin nizamlanması üzrə Rusiya tərəfinin mövqeyini açıqlayıb, Kiyevin hərəkətləri və dünya enerji bazarlarındakı vəziyyətlə bağlı məsələlərə toxunub.

Bundan əlavə, tərəflər Yaxın Şərqdə, Cənubi Qafqazda, Latın Amerikası və Karib hövzəsindəki vəziyyəti, eləcə də ilin sonunadək planlaşdırılan "İyirmilər qrupu" tədbirlərinə hazırlığı müzakirə ediblər.

Rusiya-ABŞ münasibətlərinin vəziyyətinə, iqtisadi və humanitar əməkdaşlığın inkişaf etdirilməsi, səfərlərin və iki ölkə vətəndaşlarının təmaslarının sadələşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

Görüşün yekunlarına əsasən, tərəflər müzakirə olunan məsələlərlə bağlı Rusiya və ABŞ-nin XİN-ləri arasında təmasları davam etdirmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər