Nauriel Roubini: "ABŞ Azərbaycanla birlikdə qlobal iqtisadi artımın hərəkətverici qüvvəsi olacaq"
ABŞ Azərbaycanla birlikdə qlobal iqtisadi artımın hərəkətverici qüvvəsi olacaq.
"Report" xəbər verir ki, bunu baş ofisi ABŞ-nin Nyu-York şəhərində yerləşən makroiqtisadi məsələlər üzrə konsaltinq şirkəti - "Roubini Macro Associates"in Baş İcraçı Direktoru (CEO) Nauriel Roubini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, 2 aprel tariflərindən və ABŞ-İran münaqişəsindən sonra belə bir hiss var ki, ABŞ istisnaçılığı (müstəsnalığı) bitib, ABŞ dollarının əsas qlobal ehtiyat valyutası kimi rolu şübhə altına düşəcək və buna görə də ABŞ-nin həddindən artıq imtiyazı yox olacaq, ABŞ fond bazarı köpük içindədir və çökəcək, ABŞ tənəzzülə uğrayacaq: "Mən bununla razılaşmıram. Gələcəyin bu sənaye sahələrinə baxsanız, ABŞ və Çin hər kəsdən öndədir - sözün əsl mənasında. Və deyərdim ki, əsas sahələrdə ABŞ Çini üstələyir. Əlbəttə ki, söhbət təkcə ABŞ və Çindən getmir. Asiyada avadanlıqlar üçün təchizat zəncirində Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur, Malayziya, Tailand və digər ölkələr var. İnnovatorlar arasında Hindistan və İsrail də var."
"Əlbəttə ki, inkişaf etməkdə olan bazarlara malik olan, nadir torpaq elementləri, yaşıl metallar, sənaye metalları və enerji istehsal edən ölkələr də bundan faydalanacaqlar. Çünki kapital xərclərindəki bum yüksək dərəcədə kapital, enerji və xammal tutumludur. Birləşmiş Ştatların tənəzzülə uğrayan bir dövlət olacağına mərc etməyin. ABŞ-da siyasi dəyişikliklər olacaq, aralıq seçkilər keçiriləcək, Tramp bundan sonra "topal ördək" (səlahiyyəti azalan prezident) olacaq və düşünürəm ki, ABŞ iqtisadiyyatının dinamizmi elə bir səviyyədə olacaq ki, Azərbaycanla, Çinlə, Avropa və dünyanın digər hissələri ilə birlikdə qlobal artımın hərəkətverici qüvvəsinə çevriləcək", - deyə iş adamı qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Naomi Kempbell Bakıda
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var













