Gəncədə bazarda 37 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Gəncədə bazarda 37 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Gəncədə bazarda 37 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vüsal Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün Gəncə şəhər ərazisində yerləşən bazarların birində mübahisə zəminində 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Daşkəsəndə mübahisə qanla bitib - YENİLƏNİB 
Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb, saxlanılan var
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər