Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları getdikcə genişlənir
Far.Az xəbər saytı

Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları getdikcə genişlənir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.

Far.Az xəbər verir ki, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərbaycan Hava Yolları" QSC, "Təmiz Şəhər" ASC, "Azərişıq" ASC, "Azərenerji" ASC, SOCAR, TƏBİB, "Euroline" QSC, "Elta Development" QSC və "Safe Point" QSC-nin nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı Nazirliyin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir.

Nazir müavini işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu istiqamətdə icra olunan proqramların getdikcə genişləndiyini vurğulayıb.

İşğaldan azad olunan bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlərdən bəhs olunub. Bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması üçün əməkdaşlıq şəraitində görüləcək birgə işlər müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində görüləcək işlər müzakirə olunub
Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu
Azad olunmuş ərazilərdə əmək qabiliyyətli şəxslərin 86 faizi işlə təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər