Azad olunmuş ərazilərdə əmək qabiliyyətli şəxslərin 86 faizi işlə təmin edilib
İşğaldan azad olunmuş ərazilərdə məşğulluq proqramları mütəmadi olaraq genişlənir. Həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların 86 faizinin məşğulluğu artıq təmin edilib.
"Report" xəbər verir ki, bu barədə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti görüşdə bildirilib.
Görüşdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, “Dost Aqropark” MMC və “Safe Point” QSC-nin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Bu tədbirlərin təşkilində işəgötürənlərlə əməkdaşlığa xüsusi önəm verildiyi diqqətə çatdırılıb.
Qeyd olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması məqsədilə işəgötürənlərlə birgə görülmüş işlər, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib













