Dinozavrları ovlayan nəhəng timsahların SİRRİ
Alimlər milyon illər əvvəl yaşamış və dinozavrlarla qidalanan nəhəng timsah növü Deinşous haqqında maraqlı bir kəşf ediblər. Yeni araşdırmaya əsasən, bu qədim yırtıcının duzlu suya dözümlülüyü onun geniş ərazilərdə hərəkət etməsinə və ov potensialını artırmasına səbəb olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, avtobus böyüklüyündə olan Deinşous "terror timsahı" ləqəbi ilə tanınırdı. Onun banan ölçüsündə dişləri və fərqli kəllə quruluşu digər timsah növlərindən tamamilə fərqlənirdi. Təxminən 82–75 milyon il əvvəl Şimali Amerikanın çaylarında və dəhnələrində ( Ana xətdən ayrılan arxın, şırımın və s.-nin başlanğıcı) yaşamış bu canlı, dinozavrların izinə düşərək onları ovlayırdı.
Yeni fosil və genetik tədqiqatlar Deinşousun müasir timsah və alliqatorlarla eyni ailədən olmadığını göstərib. Məlum olub ki, o, tamamilə fərqli bir timsah budağına aiddir.
Bu xüsusiyyət Deinşousa okean vasitəsilə bölgələr arasında sərbəst hərəkət etməyə və sahil bataqlıqlarında yaşamağa şərait yaradıb. Bu isə onu daha böyük və təhlükəli bir yırtıcıya çevirib.
Tədqiqatçılar bildirirlər ki, bu qədim timsahlar iqlim dəyişikliklərinə qarşı yüksək davamlılığa malik olub. Alimlər hesab edirlər ki, bu tapıntılar timsahların təkamülünü və ekoloji uyğunlaşmalarını daha dərindən anlamağa imkan verir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bu məşhur meyvə yalnız günün müəyyən saatlarında yeyilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













