Rusiyada 20 ildən sonra ilk dəfə vətəndaşda XOLERA aşkarlanıb
Rusiyanın Moskva vilayətində 40 yaşlı kişidə xolera xəstəliyi aşkarlanıb.
BAKU.WS Rospotrebnadzor-a istinadən xəbər verir ki, həmin şəxs aprelin 21-də Hindistandakı 10 günlük istirahətdən qayıtdıqdan sonra özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib. Aparılan analizlər nəticəsində onun orqanizmində xolera xəstəliyinə səbəb olan Vibrio cholerae bakteriyası aşkarlanıb.
Pasiyentin ailə üzvləri, həkimlər və eyni təyyarədə olan sərnişinlərlə birlikdə ümumilikdə 321 nəfərlə təmasda olduğu bildirilib. Hazırda onların səhhəti nəzarətdə saxlanılır, xəstəliyin əlamətləri heç kimdə müşahidə olunmayıb.
Xolera nədir?
Xolera – kəskin bağırsaq infeksiyasıdır. Əsasən çirkli su vasitəsilə yayılır və ishala səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 3 milyona yaxın xolera hadisəsi qeydə alınır. Əsasən inkişaf etməkdə olan ölkələrdə – xüsusilə Hindistan və Afrika ölkələrində daha geniş yayılıb.
2024-cü ilin sonunda da Tailandda dincələn bir qadında oxşar hal aşkarlanmışdı.
Epidemioloq Roman Merkurov bildirir ki, Rusiyada geniş yayılma ehtimalı azdır, çünki ölkədə güclü epidemioloji nəzarət sistemi mövcuddur. Ancaq Cənub-Şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələrindən gələn turistlər bu risklə üz-üzə qala bilərlər.
Xəstəlik bəzən yüngül keçir, lakin bəzi hallarda ağır diareyaya və su itkisindən ölümə səbəb ola bilir. Mütəxəssislər səyahətlər zamanı yalnız qablaşdırılmış və ya qaynadılmış su içməyi, çiy dəniz məhsullarından uzaq durmağı və şəxsi gigiyenaya əməl etməyi tövsiyə edirlər.
Rospotrebnadzor xəstənin vəziyyətinin stabilləşdiyini və sağalmağa doğru getdiyini açıqlayıb.
Xolera ilə yanaşı, malyariya və denge qızdırması da səyahət zamanı xaricdən gətirilə bilən yoluxucu xəstəliklər sırasındadır. Bu infeksiyalar əsasən ağcaqanadlar vasitəsilə yayılır. Mütəxəssislər tropik ölkələrə səyahət öncəsi peyvənd tövsiyələrini öyrənməyi və qoruyucu vasitələrdən istifadə etməyi məsləhət görür.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













