Goranboyda damarı kəsilən şəxsin vəziyyəti AÇIQLANDI
Goranboy rayonunun Kəpənəkçi kəndində damarı kəsilən şəxsin son vəziyyəti açıqlanıb.
Far.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 25-i, saat 23:40-da 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxs xəsarət alması səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sağ biləyin və əlin açıq yaraları diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib", - deyə məlumatda bildirilir.
*** 10:30
Goranboy rayonunun Kəpənəkçi kəndində toydan çıxan gəncin damarlarını kəsməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Hüseyn Əsgərov damarlarını qəsdən kəsməyib.
"O, çay süzərkən termos partlayıb və nəticədə damarı kəsilib", - deyə məlumatda bildirilir.
*** 01:46
Goranboy rayonunun Kəpənəkçi kəndində toydan çıxan gənc damarlarını kəsib.
Far.Az Teleqraf-a istinadən xəbər verir ki, toydan çıxaraq evinə gedən 2007-ci il təvəllüdlü Hüseyn Əsgərov bu addımı içkinin təsiri altında atıb.
O, yaxınları tərəfindən xəstəxanalardan birinə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta ağırdır.
18 yaşlı gəncin hansı səbəbdən damarlarını kəsdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Goranboyda toydan çıxan gənc damarlarını doğrayıb?
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













