Hesablama Palatası: Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanların aradan qaldırılması gecikir
Hesablama Palatasının 2022-2023-cü illərdə Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 6-nın aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.
Bu barədə BAKU.WS-ə Palatadan bildirilib.
Məlumata görə, həmin təkliflər aşağıdakılardır:
- Ödənişli kurslara cəlb edilmiş şagirdlərdən nağd qaydada yığılmış 47 251 manat vəsaitdən qalan 18 410 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;
- Xəzər rayon Mərkəzi Kitabxana Sistemi üzrə ödəniş qrupunun düzgün müəyyən edilməməsi səbəbindən aşağı tarif dərəcələri ilə 2022-ci ildə 25 halda 5 689 manat, 2023-cü ildə 23 halda 6 356 manat, cəmi 12 046 manat az ödənilmiş əməkhaqqının müvafiq əməkdaşların növbəti dövr üzrə əmək haqqı ödənişlərində nəzərə alınaraq ödənilməsi;
- Xəzər rayonu Nizami adına Mədəniyyət Mərkəzinin istifadəsində auditin əhatə etdiyi dövr ərzində istifadəyə tam yararsız vəziyyətdə olmuş və faktiki istifadə edilməmiş nəqliyyat vasitəsi üzrə saxlanılmış 1 vahid sürücüyə ödənilmiş cəmi 4 357 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;
- Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və regional mədəniyyət idarələrinin əsasnamələrini ölkə Prezidentinin 6 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Mədəniyyət Nazirliyi haqqında Əsasnamə" ilə müəyyən olunmuş tələblərə uyğun təsdiq etməsi;
- Mədəniyyət Nazirliyinin şəhər və rayonlar üzrə müvafiq göstəriciləri nəzərə alması və diferensiasiya meyillərinə yol verməməsi məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin əhatəsində olan mədəniyyət müəssisələrində ödənişli kurs və dərnəklərin fəaliyyətini tənzimləyən normaların yaradılması;
- Mədəniyyət Nazirliyinin büdcədənkənar vəsaitlərin formalaşdırılmasını hüquqi aktların tələblərini nəzərə almaqla həyata keçirməsi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Hesablama Palatası UNEC-də keçirilən auditin nəticələrini açıqlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
"Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar" - Qərbi Azərbaycan Xronikası













