MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ
Far.Az xəbər saytı

MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ


Sumqayıtda dələduzluq edən şəxsə  cinayət işi açılıb.

Far.Az lent.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli şərtlərlə sosial evlər layihəsindən ipoteka ilə ev almaq istəyən şəhər sakini E. Süleymanov dələduzluqla üzləşib.

Belə ki, Sumqayıt şəhər sakini O. Abasov E. Süleymanova MİDA-nın həyata keçirdiyi layihə çərçivəsində inşa olunan binalardan birində 4 otaqlı evi ipoteka ilə almağa kömək edəcəyini söz verib. Bu məqsədlə ondan ümumilikdə 7460 manat pul alıb. Həmin pullar O. Abasova müxtəlif məbləğlərlə ayrı-ayrı yerlərdə verilib. Hadisələr isə 2023-cü ilin aprelindən noyabradək davam edib.

Lakin sonda aldadıldığını başa düşən Süleymanov hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə O. Abasov saxlanılaraq, məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb və Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırmaları davam edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər