Bülent Uyğundan qızı Alminaya vida: "Gözəl mələyim qanadlandı"
Far.Az xəbər saytı

Bülent Uyğundan qızı Alminaya vida: "Gözəl mələyim qanadlandı"


Türkiyə futbolunun önəmli adlarından biri, məşqçi Bülent Uyğunun qızı Almina Tude Uyğun Sakaryanın Sapanca rayonunda son mənzilə yola salınıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun gənc yaşda vəfat etməsi ailəsini, yaxın ətrafını və futbol ictimaiyyətini dərindən kədərləndirib.

Dəfn mərasimində ailə və yaxınlarından başqa, Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Yusuf Alemdar, Sakarya Respublika Baş prokuroru Həsən Uğurlu, TFF 1-ci Başçı Köməkçisi Məcnun Otyakmaz, TBMM Köhnə Başçısı İsmət Yılmaz ilə yanaşı idman və sənət ictimaiyyətindən çox sayda sima qatılıb. Cənazə namazı zamanı Bülənt Uyğun göz yaşlarını saxlaya bilməyib.

Dəfn mərasimindən sonra qızı ilə sosial şəbəkədə vidalaşan Bülent Uyğun bu sözləri deyib:

"Təsviri mümkün olmayan bir dərd içindəyəm, şahzadəm ürəyimi alıb getdi. Gözəl mələyim qanadlandı. Bu fani dünyada ən çox sevdiyimə əmanət etdim. Həyatda çox şey istədik, Allahım, səndən istəyim odur ki, dünyada həyat sevincim, qızım Tude Alminanı sənə əmanət edirəm. Nur içində yat mənim gözəl balam, qəlbimin ən gözəl guşəsindəsən, balam".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“SİMA İmza” ilə ƏMAS-da 150 mindən çox müqavilə imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər