Osimhenə fantastik təklif - Milyonları önünə səpirlər
Far.Az xəbər saytı

Osimhenə fantastik təklif - Milyonları önünə səpirlər


"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenlə bağlı İtaliya mətbuatında diqqətçəkən transfer iddiası yayılıb.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqaviləsi "Napoli"yə aid olan Osimhen üçün ən ciddi təklifin "Mançester Yunayted"dən gəlib.

"Qırmızı şeytanlar"ın Osimhen qarşılığında "Napoli"yə 75 milyon avroluq transfer haqqı ödəməyə hazır olduğu bildirilib.

Məlumata görə, Premyer Liqada oynamaq istəyən nigeriyalı mərkəz hücumçusu ilə İngiltərənin "Çelsi", "Nyukasl Yunayted" və "Arsenal" kimi komandaları maraqlanır. Bununla belə, Osimhenə ən ciddi marağın "Mançester Yunayted"dən gəldiyi, "qırmızı şeytanlar"ın ulduz futbolçuya illik 15 milyon avro maaş təklif etdiyi bildirilib. "Mançester Yunayted"in transfer haqqı olaraq "Napoli"yə 75 milyon avro ödəməyə hazırdır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Viktor Osimhenin yeni ünvanı bəlli olur: Premyer Liqa yox, Səudiyyə Ərəbistanı?
"Qalatasaray" Türkiyə futbol tarixinin ən bahalı transferini reallaşdırmağa hazırlaşır
"Mançester Yunayted"in əfsanəsi Osimhen barədə: Bizə onun kimi oyunçu lazımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər