Hollandiyada əhaliyə ÇAĞIRIŞ: Elektrik enerjisindən istifadəni azaldın
Hollandiya İqlim və Yaşıl İnkişaf Nazirliyi ölkə üzrə elektrik şəbəkəsinə olan təzyiqi azaltmaq məqsədilə əhalini saat 16:00-dan 21:00-dək elektrik enerjisindən mümkün qədər az istifadə etməyə çağırıb.
Far.Az xəbər verir ki, nazirliyin yaydığı yazılı açıqlamada qeyd olunur ki, həmin saatlar "yüksək tələbat saatları" hesab olunur. Çünki bu vaxt insanlar evə qayıdır və elektrik enerjisinin istifadəsi ən yüksək həddə çatır.
Nazirlik bildirib ki, vətəndaşlar paltaryuyan və ya qab-qacaq yuyan maşınları günün başqa saatlarında işə salmaqla və ya elektrikli nəqliyyat vasitələrinin şarjını təxirə salmaqla şəbəkəyə düşən yükü azalda bilərlər.
Bildirilib ki, elektrik şəbəkəsinin idarəçiləri infrastrukturun genişləndirilməsi üzərində işləyir, lakin bu proses müəyyən zaman tələb edir.
Elektrik sərfiyyatının azaldılmasına dair kampaniyanın 18-59 yaş arası bütün hollandiyalılara ünvanlandığı və iyunun 22-dək davam edəcəyi qeyd olunub.
Hollandiya hökumətinin bu çağırışı İspaniya və Portuqaliyadakı genişmiqyaslı elektrik kəsintilərindən asılı olmayaraq, ölkə daxilində enerji xətlərindəki yükü azaltmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













