Bakıdan tanış olduğu qadınları iş adı ilə İstanbula çağırıb - 65 yaşlı qadın HƏBS EDİLDİ
Far.Az xəbər saytı

Bakıdan tanış olduğu qadınları iş adı ilə İstanbula çağırıb - 65 yaşlı qadın HƏBS EDİLDİ


Beş qadını Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan şəxs hakim qarşısına çıxarılıb.

İstintaqla onun insan alveri, həmçinin insan alveri məqsədi ilə beş nəfərin sənədlərini qanunsuz olaraq ələ keçirməsi əməlləri sübuta yetirilib.

Far.Az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə Aygün ləqəbi ilə tanınan 65 yaşlı Zahidə Qafarova (ad və soyad şərtidir) səkkiz il azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Aygün uzun illərdir bu işlə məşğul olub. O, ilk dəfə İstanbula ticarət məqsədi ilə gedib. Sonradan isə Aksaray bölgəsində yerləşən "Sur" hotelində yaşamağa başlayıb. Orada kişilərin qadınlarla görüşdüyünü bilib. Bundan daha yaxşı qazanc əldə etməyi planlaşdırıb.

İttihama görə, Aygün Bakıdan tanış olduqları qadınları iş adı ilə İstanbula çağırıb. Sonra onları insan alverinə cəlb edib və rəsmi sənədlərini əllərindən alıb. Zərərçəkmiş kimi tanınan beş nəfər qadın Aygündən şikayətçi olublar. Bildiriblər ki, Bakıya qayıtmaq istəyən zaman Aygün onları şantaj edib. Bu barədə ailələrinə məlumat verəcəyini deyib.

Aygün özünü qismən təqsirli bilib. Deyib ki, qadınlar İstanbula gələndə hansı işlə məşğul olacaqlarından məlumatlı olublar.

Tərəflərin ifadəsindən məlum olub ki, adıçəkilən hoteldə kişilərlə görüşən qadınların qazancının 50 faizi Aygünə çatırmış.

Aygünün daha əvvəl Türkiyədən deport edildiyi məlum olub. Buna səbəb uzun illər Türkiyədə qaçaq statusu ilə yaşaması olub. Azərbaycana qayıtdıqdan sonra isə ad və soyadını dəyişərək yenidən Türkiyəyə gedib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər