Birinci siniflərə şagird qəbulu başlayıb
2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayıb.
BAKU.WS xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
***09.00
Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.
BAKU.WS xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Məktəb və müəllim seçimində Azərbaycan bölməsi üzrə qeydiyyat 6 may-12 sentyabrda, tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat 6-20 mayda, müsahibə 12-31 mayda, məktəb və müəllim seçimi 17 iyun-12 sentyabrda olacaq.
Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritetli seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may-5 iyunda, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 17 iyun-17 iyulda olacaq.
Müddət bitdikdən sonra həmin məktəblərə prioritetsiz sorğuların verilməsinə başlanılacaq.
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.
Oxşar xəbərlər
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
Uşaqların birinci sinfə qəbulu başlayır
Bu günə qədər I sinfə 127 mindən çox uşaq qəbul edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
Seutaya miqrant axını: İspaniya bölgəyə əlavə hərbçilər göndərir













