Bəzi təhsil müəssisələrində I siniflərə şagird qəbulu üzrə müsabiqə mərhələsi ləğv olunub
Bəzi təhsil müəssisələrində I siniflərə şagird qəbulu üzrə müsabiqə mərhələsi ləğv olunub.
"BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron) Azərbaycan bölməsi üzrə 6 may, saat 11:00 – 5 iyun, digər dillərdə tədris üzrə 17 iyun, saat 11:00 – 17 iyul tarixlərində olacaq.
Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.
Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.
Müsabiqə mərhələsi ləğv olunan təhsil müəsissələri "Ankara məktəbi" məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyidir.
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.
Digər 6 məktəb (İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, "Zəngi" liseyinin) üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.
Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.
Oxşar xəbərlər
Birinci siniflərə şagird qəbulu başlayıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib













