Azərbaycanda DƏHŞƏT: Tanınmış həkim evində öldürüldü - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycanda DƏHŞƏT: Tanınmış həkim evində öldürüldü - YENİLƏNİB




Zaqatala prokurorluğu rayonda törədilən qətllə bağlı məlumat yayıb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Belə ki, avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***11:15

Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub. 

Far.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Tariyel doktorun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb. 

Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb. 

Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.

Atəş səsinə polis əməkdaşları gəlib. Polis əməkdaşları Həsən Davudovdan silahı yerə qoyaraq təslim olmasını tələb ediblər. Təslim olmaq istəməyən Həsən Davudov özünü güllələyərək intihar edib. 

Məlumata görə, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş. 

***10:42

Zaqatalada dəhşətli cinayət törədilib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, avqustun 27-də saat 9 radələrində Zaqatala rayonunda 78 yaşlı Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, 64 yaşlı Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Araşdırma aparılır.

*** 10:40

Zaqatalada dəhşətli qətl törədilib. 

Far.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində rayon mərkəzində qeydə alınıb. 

Rayonun tanınmış həkimi Tarıyel Əhmədov evində qətlə yetirilib. 

Əlavə məlumat veriləcək. 

Far.Az

Oxşar xəbərlər

Zaqatalada 77 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
Zaqatalada 64 yaşlı kişi əvvəlcə 78 yaşlı həkimi, sonra özünü güllələyib - YENİLƏNİB-1 - TƏFƏRRÜAT
Zaqatalada 64 yaşlı kişi əvvəlcə 78 yaşlı həkimi, sonra özünü güllələyib - YENİLƏNİB - TƏFƏRRÜAT
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər