Antalyaya QAR yağır
Antalyanın Kemer rayonunda yerləşən Taxtalı dağının 2 365 metr hündürlüyündəki zirvəsinə qar yağıb.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, səhər saatlarında başlayan yağıntı nəticəsində dağın zirvəsi qısa müddətdə ağ örpəyə bürünüb. Olympos Teleferik şirkətinin baş direktor müavini Haydar Culfa bildirib ki, qarla örtülən zirvədə gözəl mənzərə yaranıb.
Onun sözlərinə görə, kanatla Taxtalı dağını ziyarət edən turistlər üçün bu, xoş bir sürpriz olub və ziyarətçilər mənzərədən böyük zövq alıblar.
"Antalyaya gələn yerli və xarici turistlər sahildə dənizə girə biləcəkləri bir hava ümid edərkən kanatla Taxtalı zirvəsinə qalxdıqda qar topu oynaya biləcəkləri bir mənzərə ilə üzləşdilər. Bu da onlarda həm heyrət, həm də sevinc hissi doğurdu", – deyə Culfa qeyd edib.
O həmçinin əlavə edib ki, türk və isveçrəli mühəndislərin iştirakı ilə kanat qurğularında aparılan texniki baxış işləri tamamlanıb və obyekt tam gücü ilə fəaliyyət göstərir. Hazırda bütün ziyarətçiləri qarşılamağa tam hazır olduqlarını bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













