Yoon Suk Yeola qarşı yeni ittiham: Vəzifə səlahiyyətlərini sui-istifadədə günahlandırılır
Keçmiş Cənubi Koreya Prezidenti Yoon Suk Yeol prezidentlik dövründə vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Onun 3 dekabrda ölkədə elan etdiyi hərbi vəziyyətlə bağlı aparılan araşdırmalar çərçivəsində yeni bir ittiham irəli sürülüb.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, Seul Ali Prokurorluğuna bağlı xüsusi istintaq qrupunun yaydığı açıqlamada bildirilir ki, Yoon prezidentliyi dövründə "səlahiyyətlərindən sui-istifadə edib". İstintaq qrupu qeyd edib: "İrəli sürülən şübhələri ətraflı şəkildə araşdıracaq və Yoon ilə onunla əlbir olan şəxslərə qarşı iddiaların məhkəmə tərəfindən tam qəbul olunmasına çalışacağıq". Yeni ittihamla bağlı hələlik heç bir həbs qərarı çıxarılmayıb.
Xatırladaq ki, Yoon Suk Yeol 2024-cü ilin dekabrında müxalifətin dövlət əleyhinə fəaliyyətlərdə bulunduğunu əsas gətirərək ölkədə hərbi vəziyyət elan etmişdi. Bundan sonra Milli Məclis onun barəsində impiçment (vəzifədən azad edilmə) proseduruna start vermişdi. Səlahiyyətləri dondurulan və 52 gün həbsdə saxlanılan Yoon sonradan azadlığa buraxılmışdı. Daha sonra Konstitusiya Məhkəməsi Milli Məclisin impiçment qərarını təsdiqləmiş və Yoon rəsmi şəkildə vəzifəsindən uzaqlaşdırılmışdı.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













