Hindistanda məktəb yeməyindən ölü ilan çıxdı – 100-dən çox uşaq zəhərləndi
Hindistanın şərqində yerləşən Bihar əyalətində məktəb naharında ölü ilan aşkarlanıb. Hadisədən sonra 100-dən çox uşağın səhhətində problem yarandığı bildirilib. Məsələ ilə bağlı Hindistan Milli İnsan Hüquqları Komissiyası (NHRC) tərəfindən araşdırma başladılıb.
BAKU.WS xəbər verir ki, NHRC-nin yaydığı açıqlamada hadisənin Bihar əyalətinin Mokama şəhərində baş verdiyi bildirilib. Təxminən 500 şagirdə pulsuz təqdim edilən nahar yeməyində ölü ilanın aşkarlandığı, lakin məktəb aşpazının ilanı yeməkdən çıxarıb paylamağa davam etdiyi qeyd olunub.
Yeməyi yedikdən sonra çox sayda şagirdin səhhətində narahatlıq yaranıb. Yerli əhali hadisəyə sərt reaksiya göstərərək yolu bağlayıb.
Komissiyanın açıqlamasında, "İddialar doğrudursa, bu vəziyyət şagirdlərin insan hüquqlarının ciddi şəkildə pozulduğuna işarə edir," – deyə bildirilib. Əyalət rəhbərliyindən iki həftə ərzində uşaqların sağlamlıq vəziyyətini də əhatə edən ətraflı hesabat təqdim etmələri tələb olunub.
Hindistanda aztəminatlı ailələrin uşaqları üçün nəzərdə tutulmuş pulsuz məktəb yeməyi proqramı ilk dəfə 1925-ci ildə ölkənin cənubundakı Çennay şəhərində tətbiq olunub. Proqramın əsas məqsədi uşaqların aclıqla mübarizəsinə dəstək olmaq və məktəbə davamiyyətin artmasını təmin etməkdir.
Lakin keçmişdə də bu sistemlə bağlı ciddi qida təhlükəsizliyi problemləri yaşanıb. 2013-cü ildə yenə Bihar əyalətində məktəb yeməyindən zəhərlənən 23 uşaq həyatını itirmişdi. Həmin hadisədə yeməkdə yüksək miqdarda pestisid aşkarlanmışdı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Türkiyədə nəhəng ilan kameralara düşdü - VİDEO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













