Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi: Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir
Far.Az xəbər saytı

Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi: Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir


Avqustun 27-də Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib.

Daha sonra 2024-cü ilin sentyabr ayında ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər barədə danışan Roel Dona beynəlxalq tədbirdə 400-dən çox xarici qonağın Azərbaycana səfər edəcəyini qeyd edib.

Oxşar xəbərlər

“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Şəkidə iqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunması ilə bağlı konfrans keçirilir
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Şəkidə iqlim dəyişikliyi ilə bağlı elmi-praktiki konfrans keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər