Qohumlarını "ASAN xidmət"ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi
Far.Az xəbər saytı

Qohumlarını "ASAN xidmət"ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi


Şəki Apellyasiya Məhkəməsində "ASAN xidmət" mərkəzinə işə düzəltmək adı ilə qohumlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnarə Behbudovanın barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qismən təmin edilib.

E.Behbudovanın barəsində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin edilən 4 il azadlıqdan məhrumetmə və 2 il azadlığın məhdudlaşdırılması cəzası birləşdirilərək o, qəti olaraq 4 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, E.Behbudova qohumundan 18 000 manat alaraq, onun qızını Şəki regional "ASAN xidmət" mərkəzində məlumat bürosunun əməkdaşı, kürəkənini isə həmin mərkəzdə nəzarətçi işinə düzəldəcəyinə söz versə də, əməl etməyib. E.Behbudova həmin məbləği geri qaytarmayıb.

Zərərçəkmiş şəxs məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra E.Behbudova saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub olub - YENİLƏNİB - 4 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər