Qarpızın içində gizlətdikləri narkotiki gömrükdən keçirmək istədilər
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla-qarpızın içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkoitik vasitə aşkar edilib.
Far.Az komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 42 qutuya reaksiya verib və həmin qutulardakı 84 ədəd qarpızın içərisindəki bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 63 kiloqram 417 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
İrandan Rusiyaya gedən maşında külli miqdarda narkotik tapıldı
"Astara" gömrük postunda yük avtomobilindən "kahı" formasında aparılan narkotik vasitə aşkar edilib
İrandan Rusiyaya aparılan alma yüklü avtomobildə külli miqdarda narkotik aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













