Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür
Far.Az xəbər saytı

Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür


Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən "Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi"" adlı panel iclasında deyib.

O qeyd edib ki, zaman-zaman tarixi ədalətsizliklərlə türk dövlətlərini ayırmaq istəsələr də, buna nail ola bilməyiblər:

"Bu gün türk dünyası reallıq və tarixi missiyadır. Türk dünyası həm də mirasdır və biz bu mirası qorumalıyıq. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bütün türk dünyasının zəfəridir. Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi böyük türk dünyasının körpüsüdür".

A.Əliyeva daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətindən söz açaraq vurğulayıb ki, bu il Azərbaycan və Qazaxıstan qeyri-hökumət təşkiıatlarının forumu keçiriləcək:

"Həmçinin Türk Dövlətləri Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətlərinin iclası olacaq".

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər