Ceff Bezos Amazonda 4,8 milyard dollarlıq səhmini satacaq
Far.Az xəbər saytı

Ceff Bezos Amazonda 4,8 milyard dollarlıq səhmini satacaq


Amazonun təsisçisi və ən böyük səhmdarı Ceff Bezos qarşıdakı bir il ərzində şirkətdəki 25 milyon səhmini satmağı planlaşdırır. Bu səhmlərin dəyəri hazırkı qiymətlərlə təxminən 4,8 milyard dollara bərabərdir.

Far.Az xəbər verir ki, bu barədə CNBC maliyyə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, satış əvvəlcədən təsdiqlənmiş plana əsasən həyata keçiriləcək. Belə planlar şirkət rəhbərlərinə daxili məlumatlardan sui-istifadə ilə bağlı ittihamlardan yayınmaq üçün müəyyən zaman çərçivəsində səhmlərini satmağa imkan verir.

Qeyd edək ki, Bezos hazırda Amazon-un 1,02 milyard səhmi ilə əsas səhmdarı olaraq qalır. O, 2024-cü ildə artıq 13,5 milyard dollarlıq səhmini satıb. Bu, 2021-ci ildən bəri ilk belə iri satış olub.

Səhmlərin satışından əldə olunan gəlir əsasən Bezosun "Blue Origin" adlı kosmik layihəsinə və evsizlərə və təhsilə dəstək göstərən "Day One" xeyriyyə fonduna yönəldilir.

Satış qərarı Amazonun birinci rüb üzrə maliyyə hesabatının açıqlanması ilə üst-üstə düşüb. Hesabatda gözləniləndən yüksək gəlir əldə olunsa da, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflər səbəbilə əməliyyat gəliri ilə bağlı zəif proqnoz verilib.

Yeri gəlmişkən, Ceff Bezos son günlərdə daha bir qalmaqalla gündəmə gəlib. Tramp telefon danışığında Amazon-un müştərilərə tətbiq olunan tarifləri əks etdirmək planından narahatlığını bildirib. Şirkət isə bu iddiaları dərhal təkzib edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər