Bakıda 1.5 milyon dollarlıq DƏLƏDUZLUQ - 114 maşın niyə Çindən gəlib çıxmır?
Far.Az xəbər saytı

Bakıda 1.5 milyon dollarlıq DƏLƏDUZLUQ - 114 maşın niyə Çindən gəlib çıxmır?


Çindən ölkəmizə avtomobil gətirtmək istəyən 80-ə yaxın vətəndaş dələduzluqla üzləşib.

Bu barədə vətəndaş Fəxrəddin Əliyev Far.Az-in "qaynar xətti"nə şikayətlə müraciət edib. 

Bildirilib ki, həmin şəxslər Bakıda "Port Car" adı altında fəaliyyət göstərən Agha MMC vasitəsilə, Çin Xalq Respublikasından ümumilikdə 114 ədəd yeni avtomobil almaq məqsədilə satış müqaviləsi bağlayıb. Lakin deyilən vaxtın üstündən 8 aydan çox vaxt keçməsinə baxmayaraq maşınlar alıcılara təhvil verilməyib:

"Müqaviləyə əsasən, bank köçürmələri vasitəsilə təxminən 1.5 milyon ABŞ dolları Çin şirkətinin hesabına, "Port Car" şirkətinin Bakıdakı nümayəndələrinə isə 230 min ABŞ dollarından artıq nağd şəkildə xidmət haqqı ödənilb. Lakin müqavilədə nəzərdə tutulan müddətin üzərindən 8 aydan çox vaxt keçməsinə baxmayaraq, nə avtomobillər təhvil verilir, nə də ödənişlər geri qaytarılır".

Şikayətçi onu da iddia edir ki, sözügedən şirkət əvvəllər bir neçə avtomobil satışı həyata keçirib və insanların etibarını qazanıb, daha sonra isə bundan sui-istifadə edib. 

Onun sözlərinə görə, hadisə ilə bağlı həm ölkəmizin, həm də Çin Xalq Respublikasının hüquq-mühafizə orqanlarına şikayət olunub.

Far.Az-in məlumatına görə, hadisə ilə bağlı ölkəmizdə cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Çin istehsalı olan avtomobilləri almaq istəyənlərin NƏZƏRİNƏ!
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər