Azyaşlı futbolçuları döyən məşqçi "Şamaxı"dan kənarlaşdırıldı
Far.Az xəbər saytı

Azyaşlı futbolçuları döyən məşqçi "Şamaxı"dan kənarlaşdırıldı


"Şamaxı" rəhbərliyi AFFA U-15 Liqasının oyunu zamanı "Metak" komandasının azyaşlı futbolçularını döyən məşqçi Vüqar Süleymanovu işindən müvəqqəti kənarlaşdırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Teleqraf-a klubun baş meneceri Kamran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, belə bir addım AFFA İntizam Komitəsinin aprelin 23-də qəbul etdiyi qərara uyğun olaraq atılıb.

İsmayılov bildirib ki, Süleymanovun taleyinə Apellyasiya Arbitraj Tribunalına edilən şikayətə baxıldıqdan sonra aydınlıq gələcək: "İntizam Komitəsinin qərarından apellyasiya şikayətini təqdim etmişik. Amma hələlik baxılmayıb. Apellyasiya Arbitraj Tribunalının növbəti toplantısında bizim də müraciətimizin müzakirə olunaraq, müvafiq qərarın qəbul olunacağını gözləyirik. Məşqçi isə İntizam Komitəsinin qüvvədə olan qərarına uyğun olaraq, komandadan müvəqqəti uzaqlaşdırılıb, hazırda klubumuzda çalışmır. Apellyasiya Arbitraj Tribunalı müsbət qərar versə, sözsüz ki, işinə qayıdacaq. Şikayətimiz qəbul olunmasa, həmin şəxsin müqaviləsinə tam xitam veriləcək və o, komandadan uzaqlaşdırılacaq".

Baş menecer xatırladıb ki, İntizam Komitəsinin mövcud qərarına əsasən, Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib: "Yəni, o, heç bir futbol komandasında, o cümlədən, bizim kollektivdə çalışa bilməz. Apellyasiyamıza baxılaraq, qərar qəbul olunduqdan sonra ona uyğun, məsələyə son nöqtəni qoyacağıq".

Qeyd edək ki, aprelin 22-də keçirilmiş "Şamaxı" - "Metak" oyununun sonlarında kütləvi dava baş verib. Bu zaman "Şamaxı" komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq "Metak"ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq, Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib, müstəsna hal olaraq, 500 manat cərimələnib. "Şamaxı" isə növbəti ev oyununu azarkeşsiz keçirməli olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər