ABŞ-də cinayət qurbanı süni intellekt vasitəsilə "danışdı" – Məhkəmədə tarixə düşən an
ABŞ-nin Arizona ştatında məhkəmə zalında tarixə düşən bir hadisə baş verib. Dörd il əvvəl yol hərəkəti mübahisəsi zamanı qətlə yetirilən Kristofer Pelki süni intellekt texnologiyası ilə yaradılmış rəqəmsal avatar vasitəsilə qatilinə xitab edib. Bu hadisə, bir cinayət qurbanının süni intellektlə ifadə verdiyi ilk məhkəmə işi kimi tarixə düşüb.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, Çendler şəhərində keçirilən məhkəmə iclasında Pelkinin daha əvvəl çəkilmiş görüntüləri və süni intellektin köməyi ilə hazırlanan avatarı zalda nümayiş etdirilib. Avatar qatil Qabriel Xorqasitasa birbaşa səslənərək deyib:
"Məni vuran adam Qabriel Xorqasitasa… O gün və həmin şəraitdə qarşılaşmağımız böyük bir bədbəxtlik idi. Bəlkə başqa bir həyatda dost da ola bilərdik."
Pelki mesajında Allaha və bağışlamağa inandığını da bildirib. Bu çıxış zalda duyğulu anlar yaşanmasına səbəb olub. Məhkəməyə sədrlik edən hakim Todd Lanq bu üsulun təsir gücünü vurğulayaraq yaradıcı yanaşmanı təqdir etdiyini qeyd edib.
Məhkəmənin sonunda Xorqasitas adam öldürməkdə təqsirli bilinərək 10 il 6 ay həbs cəzası alıb.
Bu texnologiyanın istifadəsi Pelkinin bacısı Steysi tərəfindən təklif olunub. O, qardaşının məhkəmədə öz səsi ilə danışmasa da, nələr demək istədiyini ifadə etməyin vacibliyini vurğulayıb: "Bu, mənim deyil, onun sözləri olmalı idi", – deyə bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













