Yeni Roma Papası ilk ayini keçirib
Yeni seçilmiş Roma Papası XIV Leo Sikstin kapellasında papalığının ilk ayini keçirib.
Far.Az "Report"a istinadən xəbər verir ki, ayin canlı yayımlanıb.
İbadət bir neçə dildə, o cümlədən kardinal Robert Frensis Prevostun Papa olmamışdan əvvəl 11 ilini keçirdiyi Peruda dövlət dili olan ispan dilində keçirilib. Yeni Papa Müqəddəs Petronun birinci məktubunun ispan dilində oxuyub.
Pontifik ilk kütləvi məclisində qeyri-adi seçim edib: Sikstin kapellasında arxası kardinallara tərəf olacaq, ənənəvi altar (qurbangah) əvəzinə, o, birbaşa onlara baxan başqa bir altar quraşdırmaq qərarına gəlib.
XIV Leo öz xütbəsinə doğma ingilis dilində başlayıb və kardinallar yığıncağını Rəbbin yaratdığı möcüzələri tanımağa çağırıb.
Xütbə daha sonra italyan dilində davam edib və Papa Katolik Kilsəsinin sadiq idarəçisi olacağına söz verib.
"Allah sizin seçməyinizlə məni xüsusi bir şəkildə Həvarilər Şahzadəsinin varisi olmağa çağırdı və bu xəzinəni mənə əmanət etdi", - o deyib.
O, Katolik Kilsəsinin dünyanın ən ucqar bölgələrində belə missionerlik fəaliyyətini davam etdirməli olduğunu söyləyib və bir növ, sələfi Papa Fransiskin prioritetlərini təkrarlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti ilə seçildi, kilsədə inqilabi islahatlar apardı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













