KİV: PKK bu gün özünü ləğv etdiyini elan edə bilər
Far.Az xəbər saytı

KİV: PKK bu gün özünü ləğv etdiyini elan edə bilər


Kürd Fəhlə Partiyası (PKK) bu gün Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və özünü ləğv etdiyini elan edə bilər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr məlumat verib.

Onların məlumatına görə, mayın 5-dən 7-dək PKK qurultay keçirib və orada partiyanın həbsdə olan lideri Abdullah Öcalanın müraciətini müzakirə ediblər. "PKK qurultayda tarixi əhəmiyyət kəsb edən qərarların qəbul edildiyini və bu qərarların yaxın vaxtlarda müvafiq sənədlər və izahatlarla birlikdə rəsmən elan ediləcəyini bildirib", - məlumatda deyilir.

Xatırladaq ki, Öcalan 2025-ci ilin fevralında 1978-ci ildə qurduğu təşkilatı silahı yerə qoymağa çağırıb. O, silahlı mübarizəni köhnəlmiş metod adlandırıb və bunu yalnız Türkiyə dövlətinin siyasətinin kürd kimliyini rədd etdiyi və kürdlərin hüquq və azadlıqlarını məhdudlaşdırdığı şəraitdə anlam daşıdığını vurğulayıb. Həbsdə olan PKK lideri Türkiyə hökumətinin son islahatlarının və bölgədəki dəyişikliklərin növbəti silahlı mübarizəni qeyri-mümkün etdiyini söyləyib.

O, bütün kürd silahlı qruplarının silahı yerə qoymalı və PKK-nın mövcudluğuna son qoymalı olduğunu vurğulayıb. Bu, təkcə PKK-nın özünə deyil, onun Suriya, İrandakı strukturlarına, İraq və Türkiyədə də fəaliyyət göstərən Kürdüstan İcmaları Birliyinə (KCK) aiddir.

Martda PKK rəsmi olaraq Öcalanın çağırışını yerinə yetirdiyini açıqlayıb və atəşkəs elan edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Türkiyəni regional savaşa qatmaq cəhdi – 93 ildir əməl olunan Atatürk vəsiyyəti - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər