ICAO: MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır
Far.Az xəbər saytı

ICAO: MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır


Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.

Bəyanata görə, Rusiya öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəasını pozub.

Yaxın həftələrdə ICAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.

Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında Avstraliya və Niderland təqdim edib, onların vətəndaşları təyyarə qəzasında ölənlərin əksəriyyətini təşkil edirdi. 2024-cü ilin iyununda Rusiya bu işdə ICAO-nun səlahiyyətini tanımadığı üçün şikayətin baxılmasında iştirakını dayandırdığını açıqlayıb.

Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna nümayəndələrindən ibarət Beynəlxalq İstintaq Qrupu belə nəticəyə gəlib ki, hava gəmisi Rusiyadan bir müddət əvvəl gətirilmiş "Buk" ZRK-dan rusiyayönümlü separatçılar tərəfindən vurulub. Niderlanddakı məhkəmə 2022-ci ilin noyabrında qondarma Donetsk Xalq Respublikasının keçmiş "müdafiə naziri" İqor Strelkovu (Girkin) və daha iki nəfəri təyyarənin qəsdən məhv edilməsi və qəsdən adamöldürmə ittihamları ilə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. İşin daha bir iştirakçısı bəraət alıb.

"Malaysia Airlines"a məxsus "Boeing 777" təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb, bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər