Tərtərdə 35 yaşlı qadın qətlə yetirilib, qayınatası tutulub
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***11:57
Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllüdlü Şəhriyar Hüseynov bu gün səhər saatlarında 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı güllələyərək qətlə yetirib.
Qətli törətməkdə şübhəli bilinən Ş.Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilir ki, qətlə yetirilən gəlin bir müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib. Bir neçə gün öncə ailəsinin təkidilə işdən çıxıb.
Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***11:53
Tərtərdə qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.
Oxşar xəbərlər
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
Ali Məhkəmə qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsini açıqlayıb
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













