Etna vulkanı aktivləşib
İtaliyanın cənubundakı Siciliya adasında yerləşən Etna vulkanı gecə saatlarında güclü püskürərək kül və lava səpib.
BAKU.WS xəbər verir ki, Etna dağının cənub-şərq kraterində dünən axşam 2900 metr yüksəklikdə başlayan püskürmə gecə saatlarında daha da intensivləşib və səhərədək davam edib.
Cənub-şərq kraterindən çıxan maqma vulkanın yamacından cənub-şərq istiqamətində güclü lava axınına səbəb olub.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi də səhər saatlarında püskürmənin sona çatdığını təsdiqləyib.
Məlumata görə, vulkandan səpələnən kül yaxınlıqdakı yaşayış məntəqələrinə, xüsusilə də Zafferana Etnea qəsəbəsinə düşüb. Kül buludu əsasən şərq və cənub-şərq istiqamətində yayılıb.
Etna yaxınlığındakı Kataniya Fontanarossa hava limanında uçuşların normal rejimdə davam etdiyi və püskürmədən təsirlənmədiyi bildirilib.
Qeyd edək ki, 3300 metr hündürlüyü ilə kontinental Avropanın ən yüksək aktiv vulkanı sayılan Etna bu ilin fevral və aprel aylarında da intensiv şəkildə püskürüb. Bu son püskürmə isə son aylarda qeydə alınan 13-cü vulkanik aktivlik olub.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilir, bəzi institutların statusu dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













