Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanaların birində çek-ap müayinəsindən keçib. Ürək damarları, ekokardioqramma, stres-test də daxil olmaqla bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, ötən gün səhər saatlarında infarkt keçirərək vəfat edib.
Yaxınlarının sözlərinə görə, bu hadisə ailə üçün gözlənilməz olub. 49 yaşlı hakim xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
S.Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün xüsusilə ağır olub. Belə ki, onun diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.
Qeyd olunur ki, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. O, 1992-ci ildə Ankara Universitetinə daxil olub, daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.
S. Əliyev 2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













