Ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı
"Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb".
Far.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, iynə paçasının uşağın ayağına 14 gün əvvəl batdığı məlum olub:
"TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyat olunub və pəncə nahiyəsindəki yad cisim – iynə parçası təhlükəsiz şəkildə xaric edilib.
Məlumat üçün bildirək ki, bu cür hallar kifayət qədər təhlükəli hesab edilir. İynə, iynə qalığı və ya digər yad cisimlər xüsusilə ayaqaltı bölgədə lokalizasiya olduqda, hərəkətlə daha da dərinləşə və ətraf toxumalarda ciddi fəsadlara yol aça bilər. Belə hallarda dərhal həkimə müraciət edilməlidir".
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













