Azərbaycanda orta aylıq əməkhaqqı 10% artıb
Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq 1 084 manat təşkil edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 774,9 min nəfər olub, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 %-i təhsil, 13,7 %-i sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda orta aylıq əmək haqqı 8 %-ə yaxın artıb
Azərbaycanda orta aylıq əmək haqqı 13 %-ə yaxın artıb
Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər
-
Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi













