AYNA: Bakıda metro və avtobuslarda onlayn ödəniş problemİ aradan qaldırılıb
Bakıda metro və avtobuslarda onlayn ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu gün "K Group" MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb.
Bildirilir ki, hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.
Xatırladaq ki, bu gün paytaxtda ictimai nəqliyyatda QR-kodla ödəniş sistemində texniki nasazlıq yaranıb. Sərnişinlər avtobuslarda bu üsulla ödəniş edə bilmirlər. Nasazlıq "Birbank" və "m10" tətbiqi üzərindən ödəniş edən istifadəçilərin ciddi çətinliklə üzləşməsinə səbəb olub. Onlar QR kod yaratmağa çalışdıqda sistem "Xəta baş verdi" mesajı ilə cavab verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Fərid Hüseynov: “Birbank" Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni dövrün başlanğıcıdır!”
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













